Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

28 milyard manat xərcləmişik

iç səhifə xəbər başlığı altı (mobil)_31
28 milyard manat xərcləmişik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 28,0 milyard manata bərabər olmuşdur. bu barədə Marja-ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,5 faiz və 2,8 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir,milyon manatla

2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

28033,9

102,1

o cümlədən:

ərzaq məhsulları

12 861,4

101,6

içkilər və tütün məmulatları

1323,4

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5103,6

103,2

elektrik malları və mebellər

1763,6

102,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

208,4

101,8

əczaçılıq və tibbi mallar

385,8

101,7

avtomobil yanacağı

1486,5

99,7

digər qeyri-ərzaq məhsulları

4901,2

103,6

 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,0 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalar üzrə 1,4 faiz artmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

16.11.2017 13:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ