Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankdan yeni mobil bank əlavəsi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan yeni mobil bank əlavəsi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan "Backbase" şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - “IBAm” mobil əlavəsini müştərilərin istifadəsinə verib.

 

Reklam_3_11

Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. “IBAm” istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

 

-Hesablar barədə məlumatın əldə edilməsi;

-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

-Kartların bloklaşdırılması və blokdan çıxarılması;

-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlaraköçürmələr;

-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə  təhlükəsizlik tam təmin olunur.

 

Bankın müştəriləri üçün “IBAm”-a qoşulma və istifadə tamamilə pulsuzdur. Bu xidmətə qoşulmuş müştərilər, 3 ay ərzində bankdakı mövcud cari hesablara və kartlara, həmçinin respublikadaxili bir çox bankların kartlarına köçürmələri də heç bir komissiya ödəmədən həyata keçirə biləcəklər.

 

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:

 

Yükləmə linkləri:

Google Play-https://www.play.google.com/store/apps/details?id=iba.mobilbank

AppStore: https://www.itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

17.11.2017 07:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ