İlk 3D piyada zolağı istifadəyə verilib
Avstriyanın Lints şəhərində ölkədə ilk 3D piyada zolağı istifadəyə verilib.
Avtomobil sürücülərinin yüksək sürətə meylli olduğu küçələrdən birində optik yanıltma sayəsində yaradılan süni maneədən yaxın gələcəkdə geniş istifadəsi nəzərdə tutulur. “Zebra”nın xüsusi şəkildə çəkilməsi nəticəsində əldə edilən vizual effekt sayəsində piyadaların yoldan təhlükəsiz keçid imkanı yaxşılaşdırılıb.
Bu süni maneə nəticəsində sürücülər sürəti azaltmağa və piyadalara qarşı diqqətli olmağa məcburdurlar. 3D piyada zolağı yalnız bir istiqamətdən effektiv şəkildə göründüyünə görə, onun əsasən birtərəfli yollarda istifadəsi daha məqsədəuyğundur.
Yaxın gələcəkdə Avstriyanın Fillax, Zaltsburq və Klaqenfurt şəhərlərində də oxşar piyada zolaqları istismara veriləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl