Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yeni yaradılmış lizinq şirkəti PAŞA Sığorta ilə razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni yaradılmış lizinq şirkəti PAŞA Sığorta ilə razılaşdı

Yeni yaradılan BTB Leasing şirkəti öz sığortaçısı olaraq PAŞA Sığorta şirkətini seçib.

 

PAŞA Sığortadan "Marja"ya daxil olmuş məlumata görə, 14 noyabr tarixində PAŞA Sığorta şirkətinin baş ofisində PAŞA Sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini Tural Əliyev və BTB Leasing şirkətinin baş direktoru Cavid Zeynalov görüşərək yeni əməkdaşlıq müqaviləsini imzalayıb, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıblar.

 

Yeni imzalanan müqaviləyə əsasən, BTB Leasing-ə aid olan avtonəqliyyat vasitələrinin sığortası PAŞA Sığorta şirkətinə həvalə olunub.

 

BTB Leasing öz növbəsinə gələcəkdə inşaat texnikaları və avadanlıqlarının da PAŞA Sığorta şirkətində sığortalamağı planlaşdırır. Hər iki tərəf bu əməkdaşlığın uzunmüddətli və uğurlu olacağına inanır.

 

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

20.11.2017 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ