Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Vergi ödəmirlər, məşğulluq yaratmırlar, pulları götürüb xaricə aparırlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vergi ödəmirlər, məşğulluq yaratmırlar, pulları götürüb xaricə aparırlar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Vergilərini ödəmirlər, məşğulluq yaratmırlar, pullarını götürüb xarici ölkələrə aparırlar" 


 

Reklam_3_11

İtaliya, Facebook və Google-a reklam verən yerli şirkətlərdən hər reklama görə 6 faiz vergi alacaq. Google və Facebook Azərbaycanda da vergi vermədikləri üçün tənqid edilirlər.


 
"Marja" xəbər verir ki, İtaliya Google və Facebook kimi dünya nəhənglərindən vergi almağın bir yolunu tapıb.
 


İtaliya parlamentindən keçən bir qanuna görə, bundan sonra Google və Facebook reklam verən şirkətlər reklam məğləbinin 6%-ni də dövlətə vergi olaraq ödəyəcəklər.


 
 30 AVRO LİMİTİ


 
İqtidardakı Demokratiya Partiyasının qanunla bağlı verdiyi bəyanatda, "Qorxmuruq, bu məsələnin üzərinə gedəcəyik" ifadələri istifadə edilib. 30 avrodan aşağı rəqəmsal reklamlardan vergi alınmayacaq.


 
İtaliya, Google və Facebook reklamından vergi alan ilk ölkə olacaq. Luiss Universitetində rəqəmsal iqtisadiyyat sahəsində professor olan Paolo Cellini, "İnternet vergisi labüddür, lakin bunun siyasi olaraq təsirləri də olacaq" deyə bildirib.


 
Cellini, "Vergilərini ödəmirlər, məşğulluq yaratmırlar, pullarını götürüb xarici ölkələrə aparırlar" açıqlamasında bildirib.

 

Qeyd edək ki, Facebook, Youtube və Google kimi şirkətlər Azərbaycanda da xəbər saytlarını reklamsız qoymağa başlayıblar. Şirkətlər öz reklamlarını Facebook, Youtube və Google-da yerləşdirirlər. Qlobal sosial media saytları bu gəlirlərdən Azərbaycanın dövlət büdcəsinə vergi ödəmirlər, heç bir Azərbaycan vətəndaşını işlə təmin etmirlər. Halbuki, yerli media saytları işçi saxlayıb, vergilər ödəyirlər.

20.11.2017 13:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ