Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yellen istefa məktubunu ABŞ Prezidentinə təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yellen istefa məktubunu ABŞ Prezidentinə təqdim edib

ABŞ Mərkəz Bankının ilk qadın sədri olan Janet Yellenin vəzifə müddətinin bitməsinin ardından Fed rəhbərliyində (İdarə Heyətindən) qalmayacağı bildirilib. "Marja" Fed-dən verilən açıqlamaya istinadən xəbər verir ki, Yellen istefa məktubunu ABŞ Prezidenti Donald Trumpa bu gün təqdim edib.


 
Yellen verdiyi açıqlamada, yeni Sədr Jerome Pauell and içdikdən sonra Fed-dən ayrılacağını bildirib.


 
Yellen istefa məktubunda böhrandan bu yana iqtisadiyyatda görülən bariz sağalmadan məmnuniyyətini dilə gətirib. Sədr "İdarə Heyətində vəzifəmi tərk etməyə hazırlaşarkən maliyyə sisteminin 10 il əvvələ nisbətən daha güclü, gələcəkdə baş verəcək böhranlara qarşı daha dözümlü olduğu üçün, Amerikalı ailələrin və müəssisələrin iqtisadi gözləntilərini dəstəkləməyə davam etdiyi üçün məmnunam" açıqlamasını edib. Yellen, yeni Sədr Pauellin Feddəki vəzifələrinə dərindən sadiq qalacağına inandığını da dilə gətirib.


 
71 yaşlı Yellenin vəzifə müddəti Fevral ayında başa çatır. ABŞ Prezidenti Donald Trump Fed Rəhbərliyi üçün Jerome Powelli namizəd göstərib.


 
Yellenin texniki olaraq Fed-də 2024-ci ilə qədər rəhbər sifətilə qalmaq haqqı var. Yellenin da ayrılması ilə Fed-in İdarə Heyətində 4 kreslo boş qalacaq.

21.11.2017 05:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ