Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Pambıq əkini sahələrini iki dəfə artıracağıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pambıq əkini sahələrini iki dəfə artıracağıq”

Kürdəmir rayonunun Bağman kənd sakini Vidadi Pirişova məxsus ailə fermer təsərrüfatında cari mövsümdə 13 hektar sahədə pambıq yetişdirilib. Pambıqçılıq ailə fermer təsərrüfatında ənənəvi sahə hesab edilir və son illər bu gəlirli sahənin inkişafı üçün ardıcıl tədbirlər görülür.

 

Reklam_3_11

Təsərrüfatın başçısı Vidadi Pirişov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək ənənəvi sahə olan pambıqçılığın inkişafına gözəl şərait yaradıb. Bu mövsümdə əkin aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilib və bol məhsul yetişdirilib. Hazırda yığım davam edir. İndiyədək 28 ton “ağ qızıl” toplanılıb. Vidadi Pirişov hər hektardan azı 30 sentner məhsul götürmək əzmindədir.

Kürdəmirli fermer bildirib ki, pambıqçılıq böyük zəhmət tələb edən sahədir. “Əldə etdiyimiz təcrübə, dövlət dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır. Gələn il pambıq əkini sahələrini iki dəfə artıracağıq”, - deyə Vidadi Pirişov vurğulayıb.

 

© Azərtac

21.11.2017 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ