Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Palmali" barəsində araşdırmalar başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Palmali" barəsində araşdırmalar başlayıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti "Palmali" şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb.


 
"Russia Today" telekanalı xəbər verir ki, törəmə müəssisə 1 mlrd. rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur.


 
Bundan öncə, "Palmali"nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub.

 

Bildirilib ki, o, su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirin məbləğini səhv və ya aşağı göstərib. Belə ki, şirkət qanunvericiliklə müəyyən olunan dövr ərzində 2010-cu ildə dövlət büdcəsinə 881 mln. rubl, 2011-ci ildə isə 401 mln. rubl məbləğində mənfəət vergisini ödəməyib.

 

"Bu xəbərlərə gülüb keçirəm. Rusiya qanuni dövlətdir. Bu çirkin sifarişli yazıların arxasında dayananları bilirəm", - Mübariz Mənsimov Facebook səhifəsində yazıb.

 


"просто смеюсь над вами И вашими лживыми обвинениями слава богу в России работает закон есть справедливость Господа не мучаетесь у вас ничего не получится я вам это обещаю Я знаю кто за этом стоит дешёвый заказ"


 

© APA

21.11.2017 09:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ