Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Elman Rüstəmovdan pul siyasətilə bağlı yeni açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elman Rüstəmovdan pul siyasətilə bağlı yeni açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ (mühafizəkar, qoruyucu, himayəedici) monetar siyasət yürüdəcək.

 

Reklam_3_11

Bunu AMB sədri Elman Rüstəmov bildirib:

 

Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq".


E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub.

 

"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb", - deyə AMB sədri əlavə edib.


Baş bankir bildirib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: "Kredit portfelində aktivlik müşahidə olunmur". Onun sözlərinə görə, AMB-nin sterilizasiya alətlərinə ehtiyac çoxdur.


E.Rüstəmov bildirib ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir: "Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymət artımı ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub".

 

© Report

21.11.2017 10:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ