Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda kriptovalyuta istifadə olunacaqmı? - Elman Rüstəmovdan cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kriptovalyuta istifadə olunacaqmı? - Elman Rüstəmovdan cavab

“Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyuta problemlərini, “blockchain” texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı AMB-nin mövqeyi konservativdir. Kriptovalyuta valyuta paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir”.


Bunu AMB sədri Elman Rüstəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.


Baş bankir qeyd edib ki, "blockchain" - qabaqcıl texnologiyadır:

 

"Yaxın beşillikdə maliyyə sektoru, real sektor, idarəetmə sistemi də daxil olmaqla, bütün sistemdə dəyişikliklər gətirib çıxaracaq. AMB “blockchain” texnologiyalarının maliyyə-bank sektorunda tətbiqinə yardım edəcək. Bu sahədə artıq aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. İlk olaraq “blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra onun texnoloji tətbiqinə keçməliyik".

 

E.Rüstəmov bildirib ki, sərt xarici şok olmazsa, daxili valyuta bazarında sabitlik qorunacaq:

 

"Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tədiyyə balansının cari hesabı tarazlıdır, valyuta bazarında tələb-təklif arasında tarazlığı, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır".

 

Bununla yanaşı qeyd olunub ki, növbəti ildə pul bazarının inkişaf proqramları üzrə tədbirlər aidiyyəti orqanlarla bilrikdə həyata keçiriləcək: “Bank sektorunda restrukturizasiya davam etməlidir. Problemli aktivlər həllini tapmalıdır. Kapitalizasiya tədbirləri davam etdirməlidir”.

 

XXX

 

Azərbaycan Mərkəzi Bankının (AMB) kriptovalyutaya münasibətdə mövqeyi mühafizəkar (konservativ) olaraq qalır.

 

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

O qeyd edib ki, AMB kriptovalyutaya alternativ ödəniş vasitəsi kimi baxmır:

 

"Biz hesab edirik ki, kriptovalyutalar investisiya baxımından təhlükəli alət olaraq qalmaqda davam edir".

 

© Trend, Report

21.11.2017 11:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ