Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycandan İsveçrəyə göndərib, 95 milyon dollar qazanıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan İsveçrəyə göndərib, 95 milyon dollar qazanıblar

Azərbaycan yanvar-sentyabr aylarında dünya bazarlarına 2 min 365,5 kq qızıl ixrac edib. Bu barədə  hökumətdən məlumat verilib.

 

Reklam_3_11

"Cari ilin yanvar-sentyabr aylarında ölkədən 95 mln. 313,63 min dollar dəyərində 2 min 365,5 kq qızıl ixrac olunub. İxracın bütün həcmi İsveçrənin payına düşüb. 2016-cı ilin yanvar-sentyabr aylarında 59 mln. 592,54 min dollar dəyərində 1 min 472,48 kq qızıl ixrac olunub. Beləliklə, 2017-ci ilin 9 ayı ərzində ixracın həcmi miqdar ifadəsində 60,6%, dəyər ifadəsində 59,9% təşkil edib", - deyə məlumatda bildirilir.

 

Bu ilin 9 ayı ərzində sikkə kəsilməsi üçün istifadə olunmayan 2 min 10,15 kq qızıl (81 mln. 354,96 min dollar dəyərində) və sikkə kəsilməsi üçün istifadə olunan 355,35 kq qızıl (13 mln. 958,66 min dollardəyərində) ixrac olunub.

 

2017-ci ilin III rübündə Azərbaycan 30 mln. 439,49 min  dollar məbləğində 762,67 kq qızıl ixrac edib.

 

Qeyd edək ki, hesabat dövründə ölkədə 4 min 434,6 kq qızıl hasil olunub.

 

2016-cı ildə Azərbaycandan 76 mln. 804,04 min dollar məbləğində 1 min 909,03 kq qızıl ixrac olunub. 

 

© “İnterfaks-Azərbaycan”  

21.11.2017 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ