Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Manatın bahalaşması risklidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manatın bahalaşması risklidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələcəkdə manatın məzənnəsinin möhkəmləndirilməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər.

 

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

E.Rüstəmov bildirib ki,Azərbaycan manatı  fevralın sonundan 11,5 faiz möhkəmlənib:

 

"Manatın daha da möhkəmlənməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər. Bu, mikroiqtisadi baxımdan investisiyaların rəqabət qabiliyyətliyini və yeni ixrac istiqamətlərini destimullaşdıra və azalda bilər.  Eyni zamanda xarici yeni şoklara qarşı həssaslıq yüksələr,makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsinə və idxalın artmasına gətirib çıxara bilər".

 

Onun sözlərinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib. E. Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub.

 

"Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı"- o deyib.

 

© Trend

21.11.2017 12:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ