Nazir: 13 mindən çox yeni iş yerləri açılacaq
"Ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Ümumilikdə, 196 sahibkara 216 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə təqribən 1,8 mlrd. manat investisiya yatırılır, bunun nəticəsində 13 mindən çox yeni iş yerləri açılacaq. İnvestisiya təşviqi sənədi almış 100-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaq".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O vurğulayıb ki, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımı 2018-ci ildə 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı proqnozlaşdırılır:
"Qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sənayesi əhəmiyyətli rol oynayır. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlmiş, sənayenin aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, yeni sahələr yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb. Qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları və sənaye məhəllələri mühüm rol oynayır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,8 mlrd. dollar olan 13 müəssisəyə rezident statusu verilib. Bunlardan 2 müəssisə artıq fəaliyyət göstərir, 4 müəssisə bu il, gələn il isə daha 5 müəssisə fəaliyyətə başlayacaq, ümumilikdə bu yeni müəssisələrdə 1300-dən çox yeni iş yerləri yaradılacaq. Hazırda bu müəssisələrin tikinti işlərinə 3 min nəfərədək işçi cəlb olunub".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl