Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ExpressClub səhifəsi yeniləndi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ExpressClub səhifəsi yeniləndi!

Müştərilərinin rahatlığını düşünən Expressbank Expressclub layihəsi çərçivəsində sayt səhifəsini yeniləmişdir.

 

Belə ki, artıq hər kəs www.expressclub.az linkinə daxil olaraq maraqları üzrə müvafiq tərəfdaşı asanlıqla tapa, onun haqqında məlumat əldə edə və buradakı alış-veriş zamanı geri qayıdacaq cashback-in həcmi ilə tanış ola bilər. Həmçinin yeni quraşdırılmış filtrlər müştərilərə yaşadıqları şəhər və alış-veriş etdikləri xidmət sahələri üzrə də rahat axtarış etməyə imkan verəcək.

 

Xatırladaq ki, “ExpressClub” layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri vəsaitin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

 

Expressbank-ın kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.

 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə http://www.expressclub.azwww.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

21.11.2017 13:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ