Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Həm qarğıdalı əkir, həm də tütün yetişdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həm qarğıdalı əkir, həm də tütün yetişdirir

Oğuz rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Rayon fermerləri cari mövsümdə 346 hektar qarğıdalı sahəsindən 1628 ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 47 sentner olub.

 

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

 

Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır.

 

Bucaq kəndində fəaliyyət göstərən fermer təsərrüfatının rəhbəri Rəftar Əhmədli uzun illərdir qarğıdalıçılıqla məşğuldur. O, bu il 90 hektar sahədə qarğıdalı yetişdirib. Fermer müsahibəsində deyib:

 

“Bu il qarğıdalı sahəsinin hər hektarından 80 ton məhsul gözləyirdim. Ancaq yay aylarında havaların uzun müddət quraq keçməsi məhsuldarlığa da öz təsirini göstərdi. Nəticədə hər hektardan orta məhsuldarlıq 60 sentner təşkil etdi. Lakin ruhdan düşmədim. Çünki qarğıdalıçılıq gəlirli sahədir. Gələn il əkin sahəsini daha da artırmağı planlaşdırıram. Əminəm ki, düzgün aqrotexniki qulluq sayəsində yüksək məhsuldarlığa nail olacağam”.

 

Fermerin bildirdiyinə görə, bu il dən qarğıdalının bir tonunun satış qiyməti 300 manat olub. Məhsulun bir hissəsi rayonda fəaliyyət göstərən qlükoza zavoduna, qalan hissəsi isə “Azəryem Sənaye” MMC-nin Balakəndəki emal müəssisəsinə göndərilib.

 

Rəftar Əhmədli, eyni zamanda, tütünçülüklə də məşğul olur. O, bu il ilk dəfə olaraq 43 hektar sahədə tütün yetişdirib. Fermer indiyədək 30 tondan çox quru tütün istehsal edib və emal müəssisəsinə təhvil verib.

 

© Azərtac

21.11.2017 14:10

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ