Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Vergilərdən Kapital Bank-a xüsusi status!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilərdən Kapital Bank-a xüsusi status!

Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti Kapital Bank-ı “Şəffaf vergi partnyorluğu statusuna” layiq görüb.

 

Noyabr ayında nazirlik tərəfindən partnyor vergi ödəyicisi statusunun əldə olunması münasibətilə Kapital Bank-a bildiriş göndərilib.

 

Qeyd edək ki, Kapital Bank Azərbaycan Respublikası Vergilər haqqında qanununa uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28,6 mln. manat vergi ödəyib.

 

Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

22.11.2017 07:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ