Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlı xanım yüksək vəzifədə - ÜZV SEÇİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı xanım yüksək vəzifədə - ÜZV SEÇİLDİ

19-20 noyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) sayca 10-cu Baş Assambleyası, 26-cı İcraiyyə Komitəsinin iclası, eyni zamanda, İHİF-nin hər 4 ildən bir baş tutan hesabat konfransı keçirilib.

 

Baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-nin vitse-prezidenti, Könül Nurullayeva isə ikinci dəfə İcraiyyə Komitəsinə üzv seçilib.

 

İHİF Baş Assambleyası zamanı 2013-2017-ci illəri əhatə edən hesabat çıxışlar dinlənilib, 2015-2016-cı illər üçün maliyyə məsələlərinin yekununa baxılıb, növbəti iki il üçün qarşıda duran planlar müzakirə edilib, V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinin hazırlıq hesabatı dinlənilib, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında gördüyü işlərə dair videoçarx nümayiş etdirilib. Eyni zamanda, icraiyyə komitələrinə üzv seçilmələri məqsədi ilə MOK-ların namizədliyinə baxılıb.

 

Məlumat üçün bildirək ki, Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub.

 

Baş İdman Təşkilatının sədri, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, İHİF-ə yeni seçilmiş prezident Turki bin Abdulmohsen Al-Al-Sheikh tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya IV İslam Həmrəyliyi oyunlarının təşkilindəki xidmətlərinə görə xüsusi mükafatlar təqdim olunub.

22.11.2017 08:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ