Azərbaycanda 10 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 9-nun ödənişləri azalıb, 1 şirkət ("Qala Sığorta") ötən ilin ilk 10 ayında ödəniş etmədiyi və 1 şirkət ("Naxçıvan Sığorta") ötən ilin ilk 10 ayında bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Günay Sığorta"dır. Bu şirkət hesabat dövründə 832 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 557,6% çoxdur. Ödənişləri ən az artan şirkət isə "Atəşgah Sığorta"dır. Bu şirkətin ödənişləri yanvar-oktyabrda 13,004 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta"dadır. Bu şirkət 10 ay ərzində 6,431 milyon manat ödəniş edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Amrah Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 64,7% azalaraq azalaraq 58 min manata düşüb.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl
- 3 saat əvvəl