Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

620 mənzilə 88 min müraciət!

iç səhifə xəbər başlığı altı (mobil)_31
620 mənzilə 88 min müraciət!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən yüksək ev qiymətlərinə sahib Honq Konqda iki mənzil 149 milyon dollara satılaraq rekord qırıldığı gün, dövlətin 620 sosial mənzili üçün 88 min ailə müraciət edib



 
"Marja" xəbər verir ki, mənzil qiymətlərinin yüksəkliyi və əhali sıxlığı ilə tanınan Honq Konqda əmlak sektorunda eyni gündə iki inanılmaz hadisə baş verib.

Reklam_3_11


 
Adı açıqlanmayan bir alıcı ölkə tarixinin ən bahalı mənzil alışını həyata keçirib. "South China Morning Post"un xəbərinə görə, alıcı iki mənzil üçün 149 milyon dollar ödəyib.
 

425 kvadrat metr istismar sahəsinə malik ilk ev üçün 76.8 milyon dollar ödəyərkən, 394 kvadratmetrlik digər mənzilin qiyməti isə 71.7 milyon dollardır. Təxminən mənzilin kvadratmetri 182 min dollar təşkil edib və bu mənzil ölkənin ən bahalı evi olub.


 

 60 KVADRAT METR ÜÇÜN 20 İLLİK MAAŞ
 


Beynəlxalq maliyyə təşkilatı  UBS-ə görə Honq Konq hazırda əmlak qiymətlərinin dünyada ən yüksək olduğu yerdir. Adambaşına yaşayış sahəsi yalnız 14 kvadrat metrdir.


 
Orta səviyyədə maaş alan bir vətəndaşın şəhər mərkəzində 60 kvadratmetrlik ev ala bilməsi üçün 20 illik maaşını gözdən çıxarması lazımdır.


 
Bir tərəfdə ölkənin ən bahalı mənzilinin satışının keçirildiyi Honq Konqda, həmin gün 620 dövlət dəstəkli mənzil üçün 88 min ailə müraciət edib. Sözügedən evlər bazar qiymətidən 30 faiz aşağı satılır və tikintini da qazanc məqsədi güdməyən podratçılar aparır.
 

 

22.11.2017 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ