Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda bunu edən ailələrə 10 manat veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bunu edən ailələrə 10 manat veriləcək

Nazirlər Kabineti ‘Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib.


 
Qərara əsasən ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 manat səviyyəsində müəyyən edilib.


 
Həmin pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.


 
Nazirlər Kabineti yeni qərarın qəbulu ilə əlaqədar “Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” 1993-cü il 8 fevral tarixli qərarını ləğv edib. Qüvvədə olan həmin qərara əsasən ailələrə öz büdcələrini apardıqlarına görə verilən pulun ayda miqdarı 1,65 manat qədər müəyyən edilib. 

 

© APA

23.11.2017 03:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ