Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bəzi xərcləri artırmaq lazımsız risklərə gətirib çıxara bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bəzi xərcləri artırmaq lazımsız risklərə gətirib çıxara bilər"

Daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər.

 

Bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

 

"Bəzi xərclərin artırılmasına ola bilsin ki, ehtiyac var. Ancaq Daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər.Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın, neftin satışından əldə olunan gəlirlər isə ehtiyat saxlanmalıdır. Çünki ehtiyatlara çətin dövrlərdə ehtiyac olur".

 

Nazir həmçinin millət vəkillərinin Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlərinə də münasibət bildirib.

 

O qeyd edib ki, dövlət idarəetmə xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır:

 

"Bu məsələyə faizlə baxılması ədalətli deyil. 2017-ci ildə həyata keçirilən islahatlar nəticəsində dövlət orqanlarında 17 mln. manatdan artıq vəsaitin qənaətinə nail olunub.

 

© Trend

23.11.2017 03:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ