Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Gələn il veriləcək əlavə stimullar iqtisadi aktivliyi artıracaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gələn il veriləcək əlavə stimullar iqtisadi aktivliyi artıracaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə immunitet qazandıqdan sonra iqtisadi artımın drayveri islahatlardı.

 

Neft gəlirlərinin azalması fonunda Doing Business və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin ilk 10 ayında qeyri-neft ÜDM-in 2,1% və ixracının 23% artması, strateji valyuta ehtiyatlarının 5 milyard dollarına qədər çoxalması birbaşa islahatların nəticəsidir”.


 
Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru  Vüsal Qasımlı deyib.


 
Onun sözlərinə görə, hazırda neft qiymətlərinin 60 dolları keçməsinə rəğmən islahatlar əvvəlki temp ilə davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir.


 
“Gələn illərdə ölkədə qeyri-neft ixracının, sənaye və aqroparkların fəaliyyəti, həmçinin neft-kimya müəssisələrinin işə düşməsi nəticəsində və turizm başda olmaqla xidmətlərin ixracının artması, eyni zamanda idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanallarının çeşidinin və miqyasının artması, eyni zamanda manatın dayanıqlılığı üçün əlavə imkanlar yaranacaq. 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar da ümumi iqtisadi aktivliyi artıracaq. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir. Eyni zamanda, bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməli, blok-çeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır. Bu ilin ilk 9 ayında bank sektorunda əldə edilmiş kövrək də olsa müsbət tendensiyaların gücləndirilməsi mümkündür”, - deyə V.Qasımlı vurğulayıb.

 

©Musa

23.11.2017 07:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ