“Ofisait” 25-ci filialını açdı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin davamı olaraq “Ofisait” mağazalar şəbəkəsi rayonlarda məşğulluq səviyyəsinin artırılması və işsizliyin azaldılması istiqamətində hazırladığı strateji planını uğurla həyata keçirir. Ekoloji sağlam məktəb və ofis ləvazimatlarının satışını təşkil edən mağazanın növbəti filialı Göyçay şəhərində açılıb.
Şirkətin mətbuat xidmətindən "Marja"ya verilən məlumata əsasən, Göyçayda açılan filial mağazalar şəbəkəsinin 25-ci filialıdır. Bu münasibətlə “Ofisait”in bütün filiallarında 24-25-26 noyabr tarixlərində müxtəlif məhsullara 25%-dək endirim kampaniyası həyata keçiriləcək.
Topdan qiymətinə pərakəndə devizi ilə daha çox həmvətənlimizə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyan “Ofisait” mağazalar şəbəkəsinin yeni filiallarının yaxın gələcəkdə respublikamızın digər rayonlarında da açılması nəzərdə tutulur. Qeyd edək ki, son 2 həftə ərzində Göyçay şəhəri daxil olmaqla Tovuz və Bərdədə mağazanın 3 yeni filialı açılmışdır.
“Ofisait” mağazalar şəbəkəsində satışı həyata keçirilən bütün məhsulları www.ofisait.com saytı vasitəsi ilə də əldə etmək mümkündür. Siz mənzil və ofislərinizdən internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. Sifariş məbləğinin həcmindən asılı olmayaraq “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin isə nəğd və online həyata keçirilməsi mümkündür.
Nəinki dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektronik əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və s. məhsulların bir ünvanda toplandığı “Ofisait” mağazalar şəbəkəsində OYAL, ASSİS, QUİCKS, Cassa, SilSil, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markaları əldə etmək mümkündür.
Göyçay filialının ünvanı: Heydər Əliyev prospekti, köhnə tikiş fabrikinin yanı.
Tel: (+994) 77 441 53 60/ (+994) 50 473 83 84
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl