Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bir sıra bankları peşəkarlar deyil, "ağalar" idarə edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir sıra bankları peşəkarlar deyil, "ağalar" idarə edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Əksər bankların müşahidə şuraları formaldır, əsas səhmdar nə deyirsə, o olur".


 

Əksər bankların müşahidə şurasının üzvləri d, bank əsas səhmdar və ya onun müşahidə şurasında təmsil olunan nümayəndəsi tərəfindən idarə olunur.

 

“Marja”nın məlumatına görə, bunu 2-ci Bankçılıq Konfransında  Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirb.

 

O qeyd edib ki, bu gün banklarda müşahidə olunan bütün problemlərin səbəbi devalvasiya deyil.

 

"Son böhran göstərdi ki, əksər banklarda korporativ idarəetmə, audit işi və risk menecmenti düzgün qurulmayıb. Əksər banklarda risk menecmenti nəzarət orqanına göstəriş  üçün təşkil edilib. Təcrübə göstərdi ki, risklərin idarə edilməsi zəifdir. İndi bütün problemləri devalvasiyanın üzərinə atmışıq. Amma razılaşmalıyıq ki, bu devalvasiya bütün banklara eyni dərəcədə təsir etmədi. Daha çətin vəziyyətdə olan bankın sahibləri nə üçün rəqibinin böhrandan az ziyanla çıxdığını təhlil etməlidirlər”.

 

Cavanşir Abdullayev qeyd edib ki, bank sahibləri, müşahidə şurası və idarə heyəti böhrandan dərslər çıxarmalıdırlar:

 

"Azərbaycanın 31 bankından 24-nə konsaltinq xidməti göstərmiş insanam. Bankların Müşahidə Şurasında əsas səhmdarlar deyil, müstəqil peşəkarlar təmsil olunmalıdır. Mərkəzi Bank belə təşəbbüsünü reallaşdırıdı, təəssüf olsun ki, başa çatdıra bilmədi. Müşahidə şuraları tam müstəqil, peşəkar üzvlərdən ibarət olmalıdır. Çünki əsas paya malik olan səhmdarın Müşahidə Şurasında təmsil olunması, gəlin etiraf edək ki, bank həmin şəxs tərəfindən idarə olunur. Onun müşahidə şurası formaldır”.

 

Cavanşir Abdullayev hesab edir ki, bu gün bir çox bankların çətin vəziyyətə düşməsinin əsas səbəblərindən biri peşəkarlar tərəfindən idarə olunmamalardır.

24.11.2017 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ