“AzerGold”u 50 il xammala təmin edə biləcək yatağın işlənməsinə başlanacaq
“AzerGold” QSC 2019-cu ilin oktyabr ayında Filizçay polimetal yatağının (Azərbaycanın şimal-qərbində) işlənməsinə başlamağı planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“Filizçay yatağında geoloji kəşfiyyat və tədqiqatlar mərhələsi artıq başa çatıb, ortamüddətli perspektivdə onun istifadəyə verilməsinə hazırlıq işlərinə başlanılıb. Xüsusilə, 2018-ci ilin yanvar ayınadək texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması, 2019-cu ilin sentyabr ayınadək layihələndirmə, təchizat və inşaat işlərinin yekunlaşdırılması və 2019-cu ilin oktyabr ayında istehsal prosesinə başlanması planlaşdırılır. Hazırda yatağın yaxın gələcəkdə istismarı üçün hazırlıq işlərinə başlanılıb”, - şirkətdən qeyd ediblər.
Məlumata əsasən, ehtiyatlarının həcminə Filizçay yatağı Avropada ikinci sayılaraq, dünya polimetal yataqlarının ilk 10-na daxildir. Yatağın ehtiyatları 1967 və 1983-cü illərdə keçmiş SSRİ-nın Mərkəzi Ehtiyatlar Komissiyası tərəfindən təsdiq edilib.
“Yatağın ehtiyatları 120 mln tondan artıqdır. Mis, sink, qurğuşun kimi metalların toplam miqdarı 6-8% təşkil edir, qızılın və gümüşün orta tutumları uyğun olaraq 0,65 və 50g/t təşkil edir. Həmçinin, bu yatağın filizlərinin tərkibində kadmium, bismut, selenium, tellur kimi nadir metallar da mövcuddur. Layihələndirilməsi nəzərdə tutulan dağ-mədən kompleksinin resurslarının Filizçayı 50 il təmin edə biləcək xammal bazasına malikdir”, - şirkətdən qeyd ediblər.
Hazırda Azərbaycanda perspektivliyi birmənalı şəkildə təsdiq olunan 3 polimetal və mis filizi mədəni var.
“AzerGold” QSC cari ilin əvvəlindən etibarən Çovdar filiz emalı sahəsində qızıl və gümüş hasilatı ilə məşğuldur. Mədəndə çalışan 157 nəfər işçinin 90%-i, eyni zamanda mədənin fəaliyyətinin təşkili üçün Cəmiyyət tərəfindən cəlb olunan podratçı və subpodratçı şirkətlərdə çalışan 500 nəfərə yaxın işçinin böyük əksəriyyəti Daşkəsən və yaxın rayonları təmsil edir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 6 saat əvvəl