Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

MBNP: Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
MBNP: Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda Azərbaycan banklarında təxminən 2 mlrd. manat həcmində qeyri-işlək aktiv, vaxtı keçmiş kredit var və banklar bu aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmağa məcburdur.


Bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev məlumat verib.

Reklam_3_11


Onun sözlərinə görə, hazırda ölkədə qeyri-işlək aktivlərin ötürülməsi üçün hüquqi mexanizm yoxdur: “Bəzən banklar vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə edir. Halbuki, onların fəaliyyəti əslində qanunsuzdur. Bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər”.

 


Bundan başqa, N.Babayev qeyd edib ki, məhkəmə qərarlarının icrası, girov əmlakın satışı böyük problemlərlə müşaiyət olunur: “Məcburi icraya görə 7% haqq ödənilməlidir. Məsələn, dəyəri 2 mln. manat olan əmlak üzrə bu rəqəm 140 min manat təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Girovların satışının həyata keçirilməsi üçün ölkədə cəmi 1-2 hərrac təşkilatı var və rəqabətsiz şəraitdə onlar istədikləri qiymətləri diktə edir. Təminatın satılmasından mənfəət əldə edilmədiyi halda, ondan vergi tutulur, halbuki, dünya təcrübəsində bu, yoxdur. Qiymətləndirmə institutuna da baxılmalıdır. Bir neçə şirkət var və onlar konkret banklarla əməkdaşlıq edir. Onların təyin etdiyi qiymət nə dərəcədə ədalətlidir? Müflisləşmə ilə bağlı qanunvericilik də təkmilləşdirilməlidir və ümumilikdə, bütün bu məsələlər tənzimlənməlidir”.

 

©Report

24.11.2017 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ