Araz çayına balıqlar buraxılacaq
Naxçıvan muxtar respublikasında 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
2 il bundan öncə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da, əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklər olub.
Naxçıvan “Balıqçılıq Təsərrüfatı"nın kompleksdə qapalı hovuzlarda 100-110 min arasında müxtəlif növ balıq yetişdirilir. Hovuzlara daimi su giriş-çıxışı təmin edilib, bunun üçün müasir avadanlıqlar quraşdırılıb. Kürülər xüsusi qablarda mayalandıqdan bir müddət sonra kiçik balıqlar hovuzlara tökülür, gündə bir neçə dəfə keyfiyyətli yemlə qidalandırılır. Çətin proses olsa da, bu işə cavabdeh olan Novruz Məhərrəmov və Məhərrəm Səfərov bildirdilər ki, yaradılan şərait bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Balıqlar müəyyən ölçüyə və çəkiyə çatdıqdan sonra Heydər Əliyev Su Anbarı, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrinə buraxılacaq, adıçəkilən su mənbələrinin müxtəlif balıq növləri ilə zənginləşdirilməsi təmin ediləcəkdir.
Hazırda şəhərdə keçirilən kənd təsərrüfatı yarmarkalarında adıçəkilən təsərrüfat fəal iştirak edir, işçilər əhalinin təzə balıq məhsullarına olan tələbatını təmin etmək üçün səy göstərirlərTəsərrüfatda yeni ov mövsümündə, sentyabr-oktyabr ayları ərzində 61 min 750 manatlıq balıq ovlanıb.
Qeyd edək ki, Naxçıvan Balıqçılıq Təsərrüfatında 35 nəfər işlə təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl