Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir.

 

Reklam_3_11

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.


 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.


 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.


 
Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz  ayrı-ayrı  yerlərdə arabir güclənəcək.


 
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

27.11.2017 09:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ