Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bitkoin İlon Maska məxsusdur? - ŞOK İDDİA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitkoin İlon Maska məxsusdur? - ŞOK İDDİA

“Bitkoinin yaradılmasının arxasında milyarder İlon Mask (Elon Musk) dayanır, Satoşi Nakamoto psevdoniminin arxasında gizlənən məhz odur”.


 
Cryptocoinsnews”ın verdiyi məlumata görə, bu barədə İ. Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin sabiq əməkdaşı Sahil Qupta bildirib. O deyib ki, İ. Mask bitkoinin yaradılmasında istifadə olunan “C + +” proqram dilinə yaxşı bələddir.


 
S. Qupta xatırladıb ki, İ. Maskda qlobal problemləri həll etmək ehtirası var və bitkoin məhz 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı zamanı yaradılıb. Sonda sabiq əməkdaş qeyd edib ki, İ. Maskın hazırda bitkoindən gələn gəlirə ehtiyacı yoxdur. Belə ki, bitkoin satışa çıxarılsa, ondan 8 milyard dollara yaxın pul qazanmaq olar, bu isə İ. Maskın rəsmi varidatından (19,7 milyard $) iki dəfədən də çox azdır.  


 
Lakin “Cryptocoinsnews” buna qarşı bəzi əks-arqumentlər irəli sürüb. Belə ki, 2008-ci il “SpaceX” və “Tesla” üçün ən neqativ illərdən biri olub və İ. Mask həmin zaman diqqətini başqa layihəyə cəmləşdirə bilməzdi. Bundan başqa, İ. Mask jurnalistlərin diqqət mərkəzindədir və hər addımı izlənilir.


 
Qeyd edək ki, bitkoin kriptovalyutasını 2009-cu ildə Satoşi Nakamata nikli şəxs və ya şəxslər yaradıb. Onun (və ya onların) kimliyi hələ də bəlli deyil.

 

© Lent.az 

28.11.2017 06:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ