Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Güzəştli mənzillər üzrə aylıq ödənişlər nə qədər olacaq – MƏBLƏĞLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güzəştli mənzillər üzrə aylıq ödənişlər nə qədər olacaq – MƏBLƏĞLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yayında Azərbaycanda ilk dəfə inşa olunan sosial evlər (Güzəştli mənzil) layihəsi əhaliyə təqdim ediləcək.

 

Yasamal rayonunun ərazisində inşa edilən kompleksdə 1843 mənzil var. Binalarda mənzillər 1 otaqlı, 2 otaqlı və 3 otaqlıdırlar.  1 otaqlı mənzillər 33 m2, 2 otaqlılar 53-55 m2, 3 otaqlılar isə 70 kvadratmetr olacaq. 

 

Bu mənzilləri Azərbaycan İpoteka Fondunun güzəştli kreditləri ilə -ilkin 10% ödənişlə, illik 4%-lə 3-25 illik müddətə almaq olacaqdır. 

 

Güzəştli mənzillər bazar qiymətindən 20-25% aşağı qiymətə satılacaqdır.

 

Hazırda kompleksin tikildiyi Yasamal rayonu ərazisində orta qiymət 1 kvadratmetr üçün 1492 manatdır. Məlumata görə, sosial evlərin qiyməti bundan 20-25% az, yəni 1125-1200 manat arasında dəyişəcəkdir. 

 

Evlərin sahəsini, hər kvadratmetrin qiymətini və kredit şərtlərini nəzərə alaraq hər bir evin alınması üçün ayıq ödəqişi hesablamaq olar. 

 

Yuxarıda deyilənləri nəzərə alaraq, birotaqlı güzəştli mənzilin qiyməti təxminən 38 min manat, iki otaqlının qiyməti 63,2 min manat, 3 otaqlı sosial evin satış qiyməti isə 81 min manat olacaq.

 

Bu evlərin alınması üçün kredit götürən zaman 10% ilkin ödəniş tələb edilir. Bunlar isə 1-2-3 otaqlı evlər üçün 3800 manat, 6300 manat və 8100 manat təşkil edir. Yerdə qalan məbləğ isə kredit götürülür - 1 otaqlı üçün 34 200 manat, 2 otaqlı üçün 56 900 manat, 3 otaqlı üçün 72 900 manat kredit götürüləcək. 

 

Kredit 25 illiyə götürülərsə orta aylıq ödənişlər – 1 otaqlı üçün ayda 180 manat, 2 otaqlı üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün isə ayda 385 manat edir.  

 

© FED

28.11.2017 14:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ