Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bayılı gözəlləşdirəcək daha bir layihə - YANVARDAN TİKİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayılı gözəlləşdirəcək daha bir layihə - YANVARDAN TİKİLƏCƏK

“Kristal Abşeron” şirkəti 2018-ci ilin yanvar ayında Bayılda neo-klassik üslubda yeni yaşayış binasının tikintisinə başlayacaqdır.

 

“Kristal Abşeron” şirkətinin satış təmsilçisi Tamam Aslanova “Marja”ya bildirdi ki, “Bayıl Residence” adı verilmiş kompleks 12 mərtəbəli binadan ibarətdir. Binada 1,2,3,4,5 və 6 otaqlı mənzillər mövcud olacaqdır. 6 otaqlı mənzilin sahəsi  370 kvadtrat metr təşkil edəcəkdir.

 

“Binanın 2019-ci ilin may ayında təhvil verilməsi planlaşdırılır. Mənzillər müştərilərə təmirsiz veriləcəkdir. Buna baxmayaraq, müştərilərə xidmət maksimum yüksək səviyyədə, hətta  konsiyerj xidməti də olacaqdır”.

 

Bir tərəfi dəniz mənzərəli olacaq bina Neftçi Qurban küçəsində, “ İnturist” mehmanxanasının yanında inşa ediləcəkdir. Binanın fasadı  ağlay daşı ilə üzlənəcəkdir.

 

“Bayıl Residence”dəki mənzillərin 1 kvadrat metri nağd 3560 manatdan satılır.

 

“Hazırda yalnız nağd satışdır. Binanın tikintisinə başladıqdan sonra yeni satış şərtləri tətbiq edilə bilər”.

 

Qeyd edək ki, “Kristal Abşeron” Azərbaycanda ən iri tikinti şirkətlərindən biridir. Şirkət Bakı, Xirdalan və Sumqayıtda 20-yə yaxın yaşayış kompleksi tikir.

 

"Kristal Abşeron”  şirkəti Bakıda keçirilən “Rec Expo” daşınmaz əmlak və investisiya sərgisində iştirak edir. Sərgi sabah da davam edəcək.

29.11.2017 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ