Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu metala tələb kəskin artdı, qiyməti 3 dəfə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu metala tələb kəskin artdı, qiyməti 3 dəfə qalxdı

Litiuma tələb tarixin ən yüksək səviyyələrinə çıxıb. "Marja" xəbər verir ki, litiumun qiyməti son on ayda 3 dəfə artıb.
 

Bu metal ağıllı telefonlara və kompüterlərə güc verən batareyaların istehsalında istifadə edilir. Ancaq son dövrdə elektrikli avtomobillərin də ortaya çıxması bu metala tələbi heç olmadığı qədər artırıb.

Reklam_3_11

 
Problem isə bu metalın azlığı deyil. Dünyadakı bütün elektrikli avtomobillər və texnologiya cihazları üçün qlobal litium ehtiyatlarının 1%-nin yetərli olacağı bildirilir. Problem bu metala artan tələbatı qarşılayacaq sürətdə mədənlər açmaqdadır.


 
Dünyada hazırda ən çox litium istehsalı Çilidə həyata keçirilir, ancaq bu ölkədə də ekoloq qruplarının təsiri ilə istehsala kvota tətbiq olunur.


 
Litium hasilatında çətinlik yaşanacağı narahatçılıqları ilə bu metalın qiyməti son on ayda ton başına üç dəfə artımla 20 min dolların üzərinə çıxıb.
 


Bu səbəbdən bu metalı ən çox istehsal edən "Tianqi Lithium", "SQM", "Albemarle" və FMC şirkətlərinin 2030-ci ilə qədər yeni mədən sahələri açmaq üçün 350 ilə 750 milyard dollar arasında sərmayə yatırmaları gözlənilir.

29.11.2017 06:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ