"Polipropilen istehsalı qurğusu 2018-in mayında istismara veriləcək"
"SOCAR Polymer" layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun 2018-ci ilin may ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə oktyabr ayında istismara verilməsi gözlənilir.
Bunu “SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft emalı və neft-kimya" konfransında bildirib.
Onun sözlərinə görə, ildə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə işlərin 94,8%-i icra olunub:
"Polipropilen qurğusunun detallı mühəndislik işləri 99,99%, satınalma 100%, tikinti işləri isə 89,8% yekunlaşıb. Qurğu gələn ilin may ayında istismara veriləcək".
"SOCAR Polymer"in maliyyə direktoru həmçinin bildirib ki, illik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 81,4%-i icra olunub: "Qurğunun mühəndislik işləri 99,4%, satınalma 99,6%, tikinti işləri isə 62,3% yerinə yetirilib. Yüksək sıxlıqlı polietilen qurğusunun gələn ilin III rübündə istismara veriləcəyi gözlənilir".
F.Əhmədov Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodların geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və digər güzəştlər əldə etdiyini və buna görə də 100 mln. dollara qənaət edildiyini bildirib.
O həmçinin əlavə edib ki, "SOCAR Polymer" layihəsi büdcə çərçivəsində irəliləyir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl