Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR istiqrazlarının sahibləri faizləri Dollarda çıxarda biləcəklər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR istiqrazlarının sahibləri faizləri Dollarda çıxarda biləcəklər?

SOCAR istiqrazlarının sahibləri dollarda aldıqları faizləri banklardan çıxarılması ilə bağlı hər hansı problem yaşamayacaqlar.

 

“Marja” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. 

 

“Heç bir çətinlik yoxdur. Çünki SOCAR-ın gəlirləri daxili bazar ilə bərabər, əsasən xarici bazarlardakı satışlar ilə formalaşır. Biz xam neft və neft məhsulları ixrac edirik və Dollar ifadəsilə ilə gəlir əldə edirik. Bu gəlirlər ilə istiqraz və kredit faizlərimizi çətinlik olmadan ödəyirik”.

 

Qeyd edək ki, SOCAR İstiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçirilib.  SOCAR istiqrazların sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödəyib.  Bu vəsait artıq istiqraz sahiblərinin bank hesablarına köçürülüb və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

 

İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaqdır.

17.01.2017 10:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ