Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda ilk dəfə - mənzilin qabaqcadan qeydiyyat sənədilə girov qoyulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə - mənzilin qabaqcadan qeydiyyat sənədilə girov qoyulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydanın 7-ci hissəsinə uyğun olaraq güzəştli mənzillərin satışa çıxarılması məqsədi ilə alqı-satqı müqavilələrinin nümunəvi formaları Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən müəyyən edilir.

 

Reklam_3_11

Bu Fərmanın icrasını təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Alqı-satqı müqaviləsi”nin, “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən isə “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin nümunəvi formaları mənzillərin satışının rəsmiləşdirilməsi prosesində iştirak edən aiddiyyatı tərəflərlə razılaşdırılmaqla təsdiq edilmişdir.

 

“Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”ni imzalayan vətəndaşlar Azərbaycanda ilk dəfə olaraq mənzilin qabaqcadan qeydiyyat sənədi (Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış) əsasında, həmin mənzili girov qoyaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edən müvəkkil bankların təqdim etdiyi güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.

 

“Alqı-satqı müqaviləsi”nin və “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin notariuslar tərəfindən tətbiqi mənzillərin satışı prosesində əlavə vaxt itkisinin qarşısını alacaq, alıcıların rahatlığını təmin edəcək, həmin müqavilələrin asanlıqla təsdiq edilməsinə şərait yaradacaq.

29.11.2017 08:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ