Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İqtisadiyyat naziri Türkiyəyə gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat naziri Türkiyəyə gedir

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin noyabrın 30-da İstanbulda keçirilən VII görüşündə iştirak edəcək.


 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

 

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2010-cu ildə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısı zamanı yaradılıb. TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. 2011-ci ildə TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 6-cı iclası isə 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.

29.11.2017 12:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ