Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya neft qiymətlərinin cari səviyyədən daha çox artmasını istəmir.


Bu fikri Londonda yerləşən "Facts Global Energy" araşdırma şirkətinin ekspertləri səsləndiriblər.


FGE-nin proqnozlarına görə, sabah keçiriləcək OPEC+ sammitində üzv ölkələr anlaşmanın daha 9 ay uzadılmasında həmfikir olsalar da, Rusiyanın mövqeyi hələ də tam bəlli deyil. Rusiyalı istehsalçılar anlaşmanın uzun müddətə prolonqasiyasına qarşı çıxır. Buna səbəb neft qiymətlərinin yüksəlməsinin ABŞ-ın şist neft hasilatını artıracağından duyulan narahatlıqdır. Çünki əgər OPEC+ anlaşması 9 ay müddətinə uzadılsa, o zaman neft qiymətləri 60 dollar/bareldən yuxarı səviyyədə sabitləşəcək.


FGE-nin hesabatına əsasən, 2018-ci ildə qlobal neft ehtiyatlarının həcmində önəmli dəyişiklik olmayacaq. Belə ki, gələn il tələb təklifə yaxın olacaq, hasilatın cari səviyyədən yuxarı olması isə neft bazarında balansı poza bilər. OPEC-in OECD ölkələrində neft ehtiyatlarının məcmu səviyyəsini son 5-illik orta səviyyəyə qədər azaltmaq kimi aqressiv davranışı isə neft qiymətlərini artıra bilər. Bu da Rusiyanın maraqlarına ziddir.

 

© Report

29.11.2017 15:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ