Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

OPEC iclasının nəticəsi məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC iclasının nəticəsi məlum oldu

Neft hasilatının azaldılmasına dair OPEC və qeyri-OPEC ölkələri arasında əldə edilmiş razılaşmanın müddəti daha doqquz ay müddətinə - 2018-ci ilin sonunadək uzadılıb. Bu barədə qərar OPEC+ ölkələri nazirlərinin 3-cü iclasında qəbul olunub.

 

14 OPEC və 10 qeyri-OPEC ölkəsinin qərarına əsasən, hasilatda dəyişiklik edilməsi məsələsinə növbəti ilin iyun ayında yenidən baxılacaq.

 

Xatırladaq ki, bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.

XXX

 

OPEC nümayəndələrinə görə, qrup, Vyanada nazirlər səviyyəsində keçirilən iclasda hasilatın azaldılması müqaviləsinin 2018-ci ilin sonuna qədər uzadılması məsələsində razılaşıb. 

 

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, neft bazarının yenidən sabitləşdirilməsinin hələ tamamlanmadığı qeyd olunub.

 

 

Nümayəndələrə görə, 2018-ci ilin ortasında müqaviləni nəzərdən keçirmədə istifadə ediləcək yeni mexanizmlər də müzakirə olunur.

 

Hazırda qüvvədə olan müqavilə 2018-ci ilin Mart ayının sonunda başa çatacaq.

 

Ölkələr arasındakı hazırkı razılaşma, qiymətlərinin yüksəldilməsi məqsədilə neft hasilatının gələn ilin mart ayının sonuna qədər gündəlik 1.8 milyon barrel azaldılmasını nəzərdə tutur.

 

Bu dəqiqələrdə Brent nefti 64,10 dollardan alıcı tapır. Brent nefti 1,6% bahalaşıb.

 

 Azərbaycanı iclasda energetika naziri Pərviz Şahbazov təmsil edir.

30.11.2017 13:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ