OYAL rəsm həvəskarlarını sevindirdi
Bu gün OYAL məktəbli ləvazimatlarının sponsorluğu və “Ofisait” mağazalarının təşkilati dəstəyi ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 1-ci mərhələsi başa çatıb.
Müsabiqə iştirakçıları Azərbaycanın tarixi, füsunkar mənzərəsi, musiqi mədəniyyəti, memarlığı ilə bağlı “Mənim Azərbaycanım” mövzusunda rəsm əsərləri çəkmişlər, həmçinin xalq rəssamı, professor Arif Hüseynovun çox illik təcrübəsindən faydalanmaq fürsəti əldə etmişlər. Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, 6 ay ərzində çəkilən bütün əsərlər təşkilatçıda toplanacaq, 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacaq. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 2-ci mərhələsi 15 dekabr 2017-ci il, saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi 11 ünvanında yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir.
Uşaqlar və yeniyetmələr tərəfindən ən çox sevilən ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron, Sumqayıt, Lənkəran, Tovuz və Bərdədə yerləşən “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl