Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hansı hallarda və şirkətlərin kreditlərinə zəmanət verilməyəcək? – SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hansı hallarda və şirkətlərin kreditlərinə zəmanət verilməyəcək? – SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.


Fərmanla fondun fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiqlənib. Onlardan biri də “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi” Qaydasıdır.

 

Qaydaya əsasən, zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

 

Adı çəkilən sənəddə kreditlərə zəmanət verilməsi halları ilə yanaşı zəmanət verilməyən hallar da açıqlanıb. Aşağıdakı hallarda Kredit Zəmanət Fondu iş adamlarının götürdüyü kreditə zəmanət verməyəcək:

 

- borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;

 

- kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;

 

- kredit reyestrinin məlumatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

 

- kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

 

- bank hesabı üzərində müvafiq sərəncam olduqda;

 

- zəmanət verilməsi üçün müraciət olunan kredit borcalanın digər kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alındıqda;

 

- borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;

 

- borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda.

 

 Bəzi sahələrdə çalışan şirkətlər də zəmanət ala bilməyəcəklər. Bunlar

- Sığorta şirkətləri,

- kredit təşkilatları,

- investisiya şirkətləri,

- investisiya fondları,

- investisiya fondları idarəçiləri,

- qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər,

- lombardlar, lizinq şirkətləri,

- poçt rabitəsinin milli operatoru,

- valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər,

- digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.

30.11.2017 15:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ