Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rəqibin yeni modelini heyran baxışlarla belə süzdülər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rəqibin yeni modelini heyran baxışlarla belə süzdülər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 Dekabrda qapılarını ziyarətçilərə açacaq Los Anceles Avtomobil Sərgisi onlarca yeni modelə ev sahibliyi edəcək. 10 Dekabra qədər davam edəcək sərgi, Çərşənbə günü qapılarını mətbuat nümayəndələrinə açıb.


"Marja" xəbər verir ki, "Autonews"in prodüseri və aparıcısı Jennifer Vuong tərəfindən çəkilən bir rəsm isə olduqca diqqətçəkicidir.
 

Reklam_3_11


Fotoda son zamanlar adını tez-tez eşitdiyimiz Tesla-nın "Model 3" avtomobilini gizli baxışlar ilə tədqiq edən (incələyən) iki mühüm şəxs var. Hələ satışa təqdim edilmədən bütün dünyada 400 mindən çox sifariş alan "Model 3", onların da marağına səbəb olmuşdur.


 
Bu şəxslərdən biri Tesla-nın mühüm rəqiblərindən biri olan Almaniyanın avtomobil nəhəngi Mercedes-AMG-nin İcraçı Direktoru Tobias Moers (solda), digəri isə Daimler AG-nin İdarə Heyətinin üzvü və Mercedes-Benz avtomobillərinin marketinq və satış müdiri Britta Seeger-dir.

 

"Tesla Model 3" ABŞ-da 35 min dollardan başlayır, ən yüksək qiyməti isə 65 min dollar olaraq müəyyənləşib. Ən təchizatlı "Tesla Model 3"ün, avtonom texnologiyası ilə bərabər, bir çox fərqli texnoloji xüsusiyyətləri var.

 

Bir çox nəhəng avtomobil istehsalçısı elektrik modellərini inkişaf etdirməyə hazırlaşıb, bir iki il ərzində bazara təqdim edəcəyini açıqlayarkən, Tesla 4-üncü modelini belə təqdim edib.

 

Buna görə, Los-Anceles sərgisində da ən diqqət çəkən stendlərin başında Tesla yer alır. "Model S", "Model X" və "Model 3"ü nümayiş etdirən amerikalı şirkət sərgidə qısa müddət əvvəl təqdim etdiyi və 100 km sürətə 1.9 saniyədə çatan idman modeli "Roadster"i nümayiş etdirmir.

 

Bazardakı ən böyük rəqibi Tesla qarşısında mövqeyini  gücləndirmək istəyən Mercedes,10.8 milyard dollarlıq investisiya ilə 2022-ci ilə qədər Çində EQ brendi adı altında 10 elektrikli avtomobili istehsal edib, bazara çıxaracağını açıqlamışdı. Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniya şirkət Tesla-ya qarşı böyük bir həmlə edərək Sentyabrda Frankfurt Sərgisində da "Concept EQA" ilə gözdağı vermişdi.


 
"Concept EQA" ilə nə qədər ciddi rəqib olduğunu göstərmək istəyən Mercedes-in bütün açıqlamalarına baxmayaraq, elektrikli avtomobil məsələsində premium rəqiblərindən bir az geridə qaldığı da ortadadır.

30.11.2017 19:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ