Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft şirkətləri Azərbaycanda arıçılığa milyonlar ayıracaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft şirkətləri Azərbaycanda arıçılığa milyonlar ayıracaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BP və onun tərəfdaşları Azərbaycanda arıçılığın inkişafına 2020-ci ilin sonunadək iki fazada təxminən 3,3 milyon manat həcmində sərmayə ayıracaqlar.  Arıçılıq üzrə avadanlıqlar və təlimlərin təmin edilməsi, ixtisaslaşmış laboratoriyanın yaradılması və kitabların nəşri  nəzərdə tutulur.


 

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “AzACGSOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCAR”, “TPAO”, “PETRONAS”, “AzBTCSOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Statoil”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” – bu gün Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən “Şirin Qızıl” layihəsini təqdim etdilər.

 

Layihənin təqdimatı 2017-ci ilin mart ayında 18 icmada başlanmış bir illik pilot fazanın uğurlu irəliləyişinə əsaslanır.

 

Onun məqsədi rəqabət qabiliyyətli balçılıq təsərrüfatları yaratmaq üçün seçilmiş icma üzvlərini lazımi resurslar və bacarıqlarla təmin etməkdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones):

 

 “Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmalarda gəlir imkanlarının artırılmasına yardım etmək səylərinin bir hissəsidir. Düzgün resurslar və iş bilgisi olarsa, arıçılıq əhəmiyyətli gəlir gətirən bir sahədir. Biz burada hər iki aspekti - yəni həm ən zəruri avadanlıq və alətlərin təmin olunmasını,həm də arıçılıq fəaliyyətinin idarə edilməsi üçün potensialın yaradılmasını diqqətə götürmüşük. Daha geniş kontekstdə isə, bu layihə hökumətin digər qeyri-neft sektorları ilə yanaşı kənd təsərrüfatı sahəsini inkişaf etdirmək səylərinə dəstəkdir. Ümid edirik ki, layihə kənd icmalarında gəlir gətirməklə və yeni bacarıqlar yaratmaqla öz məqsədinə nail olacaq.”

 

Bu vaxtadək pilot faza çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Layihənin bir hissəsi olaraq hər təsərrüfat 15 arı pətəyi, 10 arı ailəsi, digər tələb olunan avadanlıqlar və alətlərlə təmin edilib və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən ixtisaslaşmış təlimlər keçirilib.

 

Bu layihə çərçivəsində həmçinin Dianna Sammataronun “Arıçılıq kitabı” – arıçılar üçün dünyada məşhur bələdçi kitab - Azərbaycan dilinə tərcümə edilib və nəşr olunub. 2-ci fazada layihənin genişləndirilməsi və sosial investisiyanın artırılması nəzərdə tutulur və bu faza 2020-ci ilədək davam edəcək.

 

Bu fazada BTC və CQBK boru kəmərləri boyunca yerləşən altı rayonda – Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçının yetişdiriləcəyi gözlənilir.

 

Layihə nəticəsində həmçinin bal arısı xəstəliklərinin idarə olunmasını və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriyanın yaradılması, bal arıları üçün nektar mənbəyi olacaq 60000 ağacın əkilməsi, arıçılıq sahəsində əlavə üç kitabın (bal arılarının və ana arıların yetişdirilməsi, bal arılarının ziyanvericiləri və xəstəlikləri) tərcümə olunması və çap edilməsi və Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsinin hazırlanması gözlənilir.

 

Layihəni yerli şirkət olan “Puls-R” icra edir. Layihənin ümumi dəyəri pilot faza üçün təxminən 400000 manat və ikinci faza üçün isə təxminən 2900000 manat təşkil edir.

01.12.2017 08:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ