Renault Qrupu 2016-da rekord satış həyata keçirib
Renault Qrupu, 2016-cı ildə bir əvvəlki illə müqayisədə 13,3 faiz artımla 3,18 milyon avtomobil satışı həyata keçirərək yeni bir rekord qırıb.
"Mara" Renault Qrupun-dan verilən məlumata istinadən xəbər verir ki, "Drive the Change" planı ilə dörd ildir ardıcıl satışlarını artıran qrup, 2016-ci ildə 3 milyon 182 min 625 ədəd satışa çatıb.
Dünya miqyasında minik avtomobili və yüngül kommersiya avtomobil satışlarının 4,6% artdığı 2016-cı ildə 13,3 faiz böyümə qeyd edən qrupun dünya avtomobil bazarındakı payı da 2015-ci illə müqayisədə 0,3 bənd artımla 3,5%-ə çıxıb. Keçən il həm Renault, həm Dacia markaları rekord satış həyata keçirib.
Keçən il Avropada 11,8%-lik artımla 1 milyon 805 min 290 avtomobil sataraq 10,6 faiz bazar payı əldə edən qrup, Avropa xaricində isə rekord səviyyədə satışla 2015-ci ilə nisbətən 15,3%-lik artım qeyd edib.
Renault Qrupunun Marketinq Direktoru və İdarə Heyətinin üzvü Tierri Koskas, "2016-ci ildə dünya miqyasında 3,18 milyon avtomobil satışı ilə yeni bir rekord qırdıq. Bir neçə ildir ki, davam edən model yeniləmə və coğrafi genişlənmə strategiyamız uğurlu oldu. Bu da Renault Qrupunun hər bir bölgədə bazar payı baxımından diqqətəlayiq şəkildə irəliləməsinə imkan verir" - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl