Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda Lənkəran istehsalı adı ilə 8 manata banan satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Lənkəran istehsalı adı ilə 8 manata banan satılır

 

Bakıda “Fresco” supermarketində 1 kiloqramı 7 manat 79 qəpiyə banan satılır. Bu banan digərlərindən ölçüsünün kiçikliyi, qiymətinin baha olması ilə fərqlənir, dadında isə heç bir fərq yoxdur.

Reklam_3_11


 
Nərimanov rayonu Aşıq Alı küçəsi ünvanında yerləşən “Fresco” supermarketində bananın ölçüsünün kiçik, qiymətinin baha olmasının səbəbi soruşulub. Mağaza təmsilçiləri bahalığı və ölçüsünün kiçikliyini meyvənin yerli - Lənkəranda istehsal olunması ilə əlaqələndiriblər.


 
Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tofiq Rzayev məsələ ilə bağlı açıqlama verib.


 
İdarə rəsmisi satışa çıxarılan “mini banan”ın Lənkəran istehsalı olmasını qətiyyən qəbul etmir:

 

“Azərbaycanda 9 iqlim qurşağı var. Lənkəranda rütubətli subtropik iqlim qurşağıdır. Banan tropik bitkidir. Lənkərana banan ağacları gətirilib, sakinlər öz həyət-bacasında əkir. Amma bananın Lənkəranda kütləvi əkin sahəsi yoxdur. Qaldı ki, onun bar verməsinə, bu absurddur. Kimsə deyirsə ki, Azərbaycanda kütləvi şəkildə banan bağları, plantasiyaları var, bu, yalandır. Kimsə həyətində əkibsə belə, o bar vermir, yetişmir. Banan ağacı çox hündür olur, bizim iqlim tipində ağacların o səviyyədə ucalması, meyvə gətirməsi mümkün deyil. Kimsə deyirsə ki, Lənkəran istehsalıdır, yalan deyir, inandırıcı deyil”.
 


T. Rzayev qeyd edib ki, Lənkəran kənd təsərrüfatı idarəsi olaraq belə bitkinin yetişib satışa çıxarılması barədə məlumatsızdır:

 

 “Çünki o bitki bizim rayonda yetişmir. Kivi deyilsə, deyərəm bəli. Lənkəranda kivi yetişdirilir. Yerli bazara da çıxarılır, Rusiyaya da ixrac olunur. Amma banan yetişdirilmir”.

 

© Modern.az  

04.12.2017 05:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ