Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Kənd təsərrüfatı bitkilərinin sığortasının 85%-i bizim payımıza düşür”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kənd təsərrüfatı bitkilərinin sığortasının 85%-i bizim payımıza düşür”

Azərbaycanda kənd təsərrüfatı sığortası gözlənilmədən artıb. Bu ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar 217% və ya 907 min manat artaraq 1,419 milyon manata yüksəlib. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə yığımların həcmi 1,581 milyon manat və ya 129% artaraq 2,802 milyon manat təşkil edib.


Kənd təsərrüfatı sığortası üzrə ixtisaslaşmış “Azərbaycan Sənaye Sığorta” şirkətinin idarə heyətinin sədri Kamran Babayev bildirib ki, hazırda ölkə üzrə kənd təsərrüfatı bitkilərinin sığortasının 85%-i bu şirkətin payına düşür.

Reklam_3_11

 

Keçən ilin eyni dövrü ilə müqayisədə bu il “Azərbaycan Sənaye Sığorta” şirkətinin bu növ üzrə yığımları kəskin artıb:

 

“Keçən il sığortalanan əkin sahələrinin həcmi 6 min hektar olubsa, bu il 12 min hektara qədər yüksəlib. Bu da kənd təsərrüfatı bitkilərinin ümumi sığortası üzrə yığımların artımına ciddi təsir edib”.

 

K.Babayev bildirib ki, sığortalanan əkin sahələri əsasən fermer təsərrüfatlarına aid şəkər çuğundurudur: “Fermerlər şəkər çuğundurunu becərib şəkər zavoduna təhvil verirlər. Ona görə də gözlənilməyən zərərlərlə qarşılaşmamaq üçün fermerlər sahələri sığortalamağa başlayıblar”.


K.Babayev bildirib ki, 2016-cı ildə “Azərbaycan Sənaye Sığorta” 1,3 milyon manat sığorta ödənişi verib. Bu isə bazar üzrə ən böyük ödəniş olub. Yəni, bu özü də göstərir ki, bu sahə kifayət qədər zərərlidir. Fermerlər də ötən il kifayət qədər zərər ediblər. Bu da onların sığortaya marağını artırıb.

 

© Fins

04.12.2017 07:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ