Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hacı Məmmədovun əlyazması aşkar edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hacı Məmmədovun əlyazması aşkar edildi

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov 3 dekabr 2017-ci il tarixdə  yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib".


Bu barədə  Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

"Məhkum H.T.Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində”diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri prokurorluq tərəfindən tibbi ekspertin iştirakı ilə müayinə olunub.


Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.


Faktla əlaqədar Baki şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilmiş, hazırda istintaq hərəkətləri davam etdirilir", - məlumatda əlavə olunub.

 

© Report

04.12.2017 08:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ