Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vergilər Nazirliyindən xaricə axan pullarla bağlı - Açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyindən xaricə axan pullarla bağlı - Açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi bu gün “Qafqazinfo” da yayımlanan “Azərbaycan pulu yenə xaricə axmağa başladı” yazısına münasibət bildirib. Yazıda qeyd olunurdu ki, elektron ticarətə 18 faiz ƏDV-nin tətbiq olunmasına görə xaricdən xidmət alan vətəndaşlar Gürcüstanda bank hesabı açdırır və xidmətləri oradan sifariş verir.

 

Bununla bağlı  nazirliyin mətbuat xidməti bildirir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə vergi ödəyicisi olmayan vətəndaşlar tərəfindən elektron ticarət sahəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsi əks olunub. Belə ki, vətəndaşlar tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər alındığı halda banklar xarici bankın Azərbaycandakı filialları tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablayıb, büdcəyə ödəyir. Elektron ticarət qaydasında malların alışına görə banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV hesablanmır. Vergi Məcəlləsində edilmiş bu dəyişiklik, yəni 18 faiz dərəcə ilə ƏDV-nin banklar tərəfindən alıcının vəsaiti hesabına tutulması yalnız vətəndaşların apardığı əməliyyatlara tətbiq edilir. Sahibkarlar tərəfindən elektron ticarət qaydasında iş və xidmət alınarkən Vergi Məcəlləsinə uyğun olaraq sahibkarın özü tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmaqla yanaşı, həmin məbləğin tam həcmindən 18 faiz dərəcə ilə ƏDV hesablayıb büdcəyə ödəyirlər. Göründüyü kimi, sahibkarlar tərəfindən xaricdən iş və xidmət alınarkən banklar tərəfindən xaricə köçürülən ödənişlərdən 18 faiz dərəcə ilə vergi tutulmur və yaranan vergi öhdəlikləri sahibkarlar tərəfindən ödənilir.

 

"REAL MƏNZƏRƏNİ ƏKS ETDİRMİR"

 

Əlavə olaraq bildiririk ki, elektron ticarət qaydasında alınan xidmətlərə internet üzərindən elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi və sair bu kimi xidmət aid edildiyindən, vətəndaşların belə xidmətlərin alışına görə xarici ölkələrdə hesab açdırması real mənzərəni əks etdirmir.

 

© Qafqazinfo

 

17.01.2017 15:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ