Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda internetlə əmlak, səhm almaq mümkün oldu - TAM ELEKTRON OLDU

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda internetlə əmlak, səhm almaq mümkün oldu  - TAM ELEKTRON OLDU
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi prosesini tam elektronlaşdırıb.


Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Reklam_3_11


Onun sözlərinə görə, indiyə qədər elektron yolla yalnız dövlətə məxsus nəqliyyat vasitələrini və avadanlıqları özəlləşdirmək mümkün idisə, bundan sonra kiçik dövlət müəssisələrini və obyektlərini, qeyri-yaşayış və torpaq sahələrini, səhmdar cəmiyyətlərin səhm paketlərini də internetlə əldə etmək mümkündür.


“Prosesin tam elektonlaşdırılması o demək deyil ki, Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daha hərrac keçirilməyəcək. Hərracı canlı şəkildə izləmək istəyənlərə bu imkan yenə də yaradılacaq. Sadəcə artıq bütün növ əmlaklar üzrə elektron qaydada sifariş göndərmək, hərracda internetlə iştirak etmək, yəni prosesi onlayn rejimdə izləmək mümkündür”, - deyə o, bildirib.


Qeyd edək ki, sabah ƏMDK yanında yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 ünvanında) “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda ictimai təqdimat keçiriləcək. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olacaq və bu proses əyani şəkildə nümayiş etdiriləcək. 

 

© Report

05.12.2017 08:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ