Saakaşvili cinayətkar təşkilatlarla əməkdaşlıqda ittiham olunur
Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.
Məlumatda, həmçinin Saakaşvilinin yaxın vaxtlarda dindiriləcəyi bildirilir.
Mixeil Saakaşvili bu gün səhər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Kiyevdə saxlanılıb. Baş Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıblar.
Hüquq-mühafizə orqanları bir qrup etirazçının müqavimətinə baxmayaraq, M.Saakaşvilini evindən çıxararaq avtomobillə hadisə yerindən uzaqlaşdırmağa nail olublar. Hazırda Saakaşvilinin tərəfdarları ilə güc strukturları arasında qarşıdurma davam edir.
XXX
Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, “Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparırlar.
Ukrayna KİV-ləri xəbər verir ki, buna etiraz edən Saakaşvili yaşadığı binanın 8-ci mərtəbəsinə çıxaraq onları özünü atacağı ilə hədələyir.
XXX
Xalq deputatı Yuri Derevyanko bildirib ki, artıq Mixail Saakaşvili saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.
Qarşıdurma zamanı etirazçılara atəş açılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 6 saat əvvəl