Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sahibkarlar üçün Mobil Ofis istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlar üçün Mobil Ofis istifadəyə verildi

Bank Respublika hüquqi şəxslər və fərdi sahibkarlar üçün Mobil Ofis – yeni mobil əlavəsini istifadəyə verib. 

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, indi Bank Respublikanın müştərisi olan hüquqi şəxslər öz hesablarına banka gəlmədən bu əlavə üzərindən nəzarət edə biləcəklər.

 

Yeni xidmət vasitəsilə cari və kredit hesablardan, əmanətlər və biznes-kartlarından çıxarışları izləmək mümkündür. Mobil Ofis fon rejimində olduqda isə “Push-bildiriş” funksiyası vacib əməliyyatlarını qaçırmamaq üçün yardımçınız olacaq. Həmçinin, bir əlavəyə eyni zamanda bir neçə hüquqi şəxsin qoşulması mümkündür.

 

Bu proqramda fərdi sahibkarların biznes kartları ilə işləməsi imkanı, vəsaitləri vacib işlərdən ayrılmadan idarə etməyə imkan yaradır.

 

“Mobil Ofis-in ilkin versiyası korporativ müştərilərimizin tələbatlarını nəzərə alaraq, hazırlanıb. Hal-hazırda bu xidmət daha çox informativ xarakter daşıyır, lakin yaxın zamanda bir sıra yeniliklər əlavə olunacaq və orada gərçək bir ofis ab-havası yaşanacaq” – deyə İdarə Heyəti sədrinin müavini Elnur Həsənov bildirib.

 

Bundan başqa, ilin sonunadək bank tamamilə yenilənmiş internet bankinq xidmətini (İnternet Ofis adlanacaq) korporativ müştərilərin istifadəsinə verməyə hazırlaşır.

 

Xatırladırıq ki, buna bənzər Mobil Şöbə əlavəsi fiziki şəxslər tərəfindən qısa müddət ərzində rəğbətlə qarşılanıb  və hazırda bu xidmətin 5 mindən çox məmnun istifadəçisi var.

 

Xidmətə qoşulmaq üçün Bank Respublikanın istənilən ofisinə müraciət etmək olar. Əlavə məlumat üçün 144 qısa telefon nömrəsi ilə əlaqə saxlayın.

05.12.2017 11:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ